Finlandiyanın “Enfuce” startapı yeni tətbiq işləyib. O, alıcıların aldığı məhsulun iqlim dəyişikliyinə necə təsir etdiyini göstərir.
“My Carbon Action” tətbiqi ayrı-ayrı məhsullar səviyyəsində karbon izini hesablayır. Adi “ karbon hesablayıcıları”dan fərqli olaraq o, alıcılara ətraf mühitə zərər vurmadan necə alış həyata keçirməklə bağlı məsləhətlər verir. Hər həftə, ay və il istifadəçi istehlakının nə dərəcədə məsuliyyətli olması barədə hesabat əldə edir.
Tətbiq, kartla sinxronlaşdırılıb və mağazaya qədər gedişin minimal karbon qazı sərfiyyatı ilə nəticələnməsi üçün necə və hansı nəqliyyatdan istifadə etməklə bağlı məsləhətlər verir. “My Carbon Action” tətbiqi ət kimi bəzi məhsulları almaqdan uzaq durmağı tövsiyə edir. Yaxud da onları ekologiyaya daha az zərərli məhsullarla əvəz edir. Tətbiq həm də şəbəkədən elektrocihazları tez-tez söndürməyi məsləhət görür.