Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Məşhur xidmət qeyri-adi üsulla insanları ilhamlandırmaq istəyir

Məşhur xidmət qeyri-adi üsulla insanları ilhamlandırmaq istəyir

174
Paylaş

“Airbnb”a məxsus olan evlərin kirayə xidməti şou yarada bilər.

“AdIndex” nəşri yazır ki, bu yolla xidmət insanları səyahətə ilhamlandırmaq istəyir.

“Reuters” nəşrinə verilən məlumata, əsasən bu haqda danışıqlar son üç ildir ki, aparılır. Müxtəlif formatlara baxılır-mini-serial, sənədli film, həmçinin xidmətin istifadəçilərinin iştirakı ilə şou. Kompaniya ilə verilişlərin çəkilişi üçün, ya studiya ilə əməkdaşlıq etməyi, ya da şəxsi studiyasını yaratmağı düşünür.

Film və şouların şəxsi tətbiq üzərindən, yaxud başqa videoplatformalar üzərindən yayımlanması gözlənilir.

Qeyd edək ki, daha əvvəl “Airbnb” “Apple” üçün “Home” sənədli filminə görə əməkdaşlıq etmişdi. Həmin vaxt şirkət bütün dünyaya unikal evlər haqqında məlumat verirdi.