Azərbaycanın aparıcı qida istehsalçılarından olan “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları” QSC-yə olan 837 min ABŞ dolları məbləğdə borcunu ödəyə bilməyib.
Büdcə təşkilatı məhkəməyə müraciət edərək öz xeyrinə 837 068,72 dolların tutulmasını xahiş edib.
Birinci instansiya məhkəməsi işə baxaraq iddianı təmin edib. “Siyəzən Broyler” ASC-nin apelyasiya şikayətinə baxan məhkəmə isə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iş üzrə icraata xitam verib.
Belə ki, tərəflər arasında bağlanan barışıq sazişinə əsasən “Siyəzən Broyler” borcunu 31 dekabr 2021-ci ilə kimi hissə-hissə istehsal etdiyi toyuq əti məhsullarının hesabına, “Azərbaycan Dəmir Yolları”nın əvvəlcədən müəyyən etdiyi ünvana çatdırmaqla ona ödəməyi öhdəsinə götürüb. Borclu toyuq əti məhsullarını qanunvericiliklə nəzərdə tutulmuş bayram günlərində, dəmiryolçuların peşə bayramı günlərində və digər əlamətdar günlərdə, o cümlədən işgüzar tədbirlərdə öz vəsaiti hesabına dəyəri qaimədə gostərilməklə çatdıracaqd.
“Siyəzən Broyler” yüz minlərlə dollarlıq borcunu hissə-hissə toyuq əti ilə qaytarmağa razılaşıb
Büdcə təşkilatı borcunu toyuq əti ilə geri alacaq – Azərbaycanda görülməmiş haldır.