Əsas səhifə Xəbərlər Biznes xəbərləri Məşhur şirkət Obamanın əyləşdiyi “kreslo”nu satışa çıxardı – foto

Məşhur şirkət Obamanın əyləşdiyi “kreslo”nu satışa çıxardı – foto

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Barak Obama sentyabrın 26-da Norveçin paytaxtı Oslo şəhərinə ziyarət edib. Bu, şəhərə səfər etməkdə məqsəd isə “Oslo Biznes Forum”da iştirak etmək olub.

“Design Taxi” yazıb ki, Obama Forumda çıxışında texnologiya sahəsində yeniliklərdən, biznesin davamlı və gəlirli olmasının üsullarından, bu sahənin gələcəyi haqqında danışıb.

Səhnə reportajı əsnasında isə sabiq prezident İsveçin mebel və ev əşyaları istehsalçısı olan IKEA-nın“Landskrona” adlı “kreslosu”na əyləşib.

İsveç nəhəngi isə “SMFB Oslo” adlı yaradıcı agentliyi ilə əməkdaşlığı çərçivəsində bu vəziyyəti gülməli marketinq taktikasına çevirib.

Firma yerli mağazalarının birində digər ikinci əl mebellər ilə birlikdə bu “kreslo”nu da satışa çıxarıb. Hətta, sabiq prezidentin əyləşdiyi bu əşyanın satışı ilə bağlı da zarafatyana bir etiket də əlavə edib. Etiketdə isə “kreslo” ilə bağlı bu ifadələr yer alıb:

“Bu, “kreslo” 26 sentyabrda Osloya ziyarəti əsnasında Barak Obama tərəfindən istifadə edilib. Təbii ki, biz onu ilkin qiyməti ilə sata bilməyəcəyik. Landskrona “kreslo”su təmiz, isti, eleqant, qonaqpərvər görünüşə sahibdir. Prezidentin özü kimi. Nəticə olaraq, əla bir satış olacaqdır”.

Qeyd edək ki, “kreslo” kitabxanaya əlavə bir oxuma guşəsi əlavə etmək istəyən ibtidai sinif müəlliməsi tərəfindən alınıb.

©Facemark.az 

Rəy bildir

Please enter your comment!
Please enter your name here