Əsas səhifə Biznes Seçilmiş Məşhur şirkət “London Pride” pivə istehsalçısını alıb

Məşhur şirkət “London Pride” pivə istehsalçısını alıb

215
Paylaş

Yaponiyanın “Asahi Group” şirkəti,Britaniyanın Smith & Turner şirkətini 250 milyon funt sterlinq(283 milyon dollar) qiymətinə alacağını elan edib. Yapon şirkəti 20 məşhur pivə və sidr brendlərini əldə edəcək (London Pride və Cornish Orchards də daxil olmaqla).

Fuller’s, Smith & Turner şirkəti 1845-ci ildə yaradılıb və pivə istehsalı ilə yanaşı London və cənub-şərqi İngiltərənin 400 pub və mehmanxana şəbəkəsini idarə edir. 2018-ci ildə Fuller’s şirkətinin bu iki istiqamətdən aldığı gəlirin miqdarı 87% təşkil edib.

Asahi Super Dry pivəsini istehsal edən Asahi, artıq bir sıra Avropa markalarına sahibdir: İtalyanın Peroni, Hollandiyanın Grolsch və İngiltərəninMeantime.Fuller-dən şirkət London Pridepivəsini bişirən və Cornish Orchardssidrini istehsal edən Griffin pivəxanasını, Dark Star Brewing pivəxanasını və Nectar Imports təchizatçısını alacaq.