Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Məşhur Belarus dondurmaları Azərbaycan bazarına daxil olur

Məşhur Belarus dondurmaları Azərbaycan bazarına daxil olur

504
Paylaş

Azərbaycanın “My Food” MMC şirkəti Belarusun “Morozproduct” şirkətinin rəsmi distirbütoru statusunu alıb.

Tərəfdaşlıq çərçivəsində Azərbaycan bazarında “Morozproduct” şirkətinin yüksək keyfiyyətli dondurmalarının satışı təşkil olunacaqdır. İlk növbədə satışa 30-a yaxın çeşiddə Belarus dondurmaları çıxarılacaqdır.

Şirkətdən qeyd edildi ki, Belarus dondurmalarının qiymətləri münasibdir. Cəmi 1 manata əsl dondurmanı yemək mümkün olacaqdır.

May ayının 1-dən etibarən əfsanəvi Belarus dondurmalarını Azərbaycan marketlərində satışı başlayacaqdır.

Hazırda “Morozproduct” dondurma və dondurulmuş yarımfabrikat məhsullarının Belarus bazarında liderdir. 750-dən çox işçisi olan şirkət, mütəmadi olaraq yeni innovasiyaları məhsullarının istehsalında tətbiq edir. Şirkət dondurmadan başqa dondurulmuş məhsulların geniş spektrini tədarük edir: Ət və balıq yarımfabrikat məhsulları, çörək, tərəvəz və giləmeyvələr və s. “Morozproduct”  Belarusda və xaricdə öz şəbəkəsini genişləndirir.

Qeyd edək ki, Azərbaycan və Belarus arasında iqtisadi əlaqələr ildən-ilə güclənir. Azərbayacanın “My Food” MMC şirkətinin Belarusun “Morozproduct” şirkətilə əməkdaşlığa başlaması əlaqələrin daha da güclənməsinə növbəti töhfədir.