Əsas səhifə Məqalələr Maraqlı “Mən cinayətkar deyiləm”

“Mən cinayətkar deyiləm”

398
Paylaş

Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov Rusiyada baş vermiş qətldə iştirakı olmadığını bildirib.

 


Bu barədə o, “Rossiya 24” telekanalına müsahibəsində deyib.

“Bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu kimin xoşuna gəlir? Mən bu işdə iştirakımın olmadığında israr edirəm və bunu sübuta yetirə bilərəm”, – deyə o bildirib.

T.İsmayılov həmçinin əlavə edib ki, o, həyatı boyu heç bir cinayət törətməyib.

Daha əvvəl Moskvanın Basman Məhkəməsi onun qardaşı Vaqif İsmayılovu da qətl işi üzrə qiyabi həbs edib.

© Report