Əsas səhifə Xəbərlər Məktəblərdə iki günlük tətil elan olunub

Məktəblərdə iki günlük tətil elan olunub

244
Paylaş

Təhlükəli hava şəraiti ilə əlaqədar Azərbaycanın təhsil müəssisələri iki günlük tətilə buraxılıb.

“Bizplus.az”xəbər verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Belə ki, C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq və bununla bağlı bütün tədbirlər təxirə salınacaq.