İtaliyalı məşhur modelyer Giorgio Armani koronavirusla mübarizə üçün ölkə xəstəxanalarına 1,4 milyon ABŞ dolları bağışlayıb.
Dizayner maliyyə yardımını əsasən Milandakı üç tibb müəssisəsinə, habelə Milli İnfeksiya Xəstəlikləri İnstitutuna köçürüb.
Qeyd edək ki, İtaliya koronavirusdan ən çox zərər görən Avropa ölkəsidir. İndiyə qədər ölkədə 463 ölüm, 9 mindən çox isə yoluxma halı qeydə alınıb.