Əsas səhifə Hüquqi məsələlər Məhkəmə məşhur şirkəti cərimələdi

Məhkəmə məşhur şirkəti cərimələdi

8
Paylaş

“Call Center” şirkəti xaricə çıxartdığı pulu qanunda nəzərdə tutulmuş müddətdə ölkəyə mal və ya məhsul formasında qaytarmadığı üçün 1 milyondan çox cərimə edilib.

Sabunçu rayon məhkəməsinin qərarı ilə “Call Center” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinərək 701,736 dollar məbləğində cərimə edilib.

Şirkət qərardan narazı qalaraq apelyasiya şikayəti verib. İşə Bakı Apelyasiya Məhkəməsinin hakimi Elnur Rəhimovun sədrliyi ilə martın 19-da baxılacaq.

Qanunvericiliyə görə, şirkətlər xaricə çıxardığı pulun 20%-i məbləğində cərimə edilir. Belə ki, “Call Center” MMC xaricə 3,5 milyon dollar çıxararaq qaytarmamaqda ittiham edilir. Şirkətin əsas fəaliyyəti digər şirkətlərə xidmət sahələrinə uyğun olaraq qaynar xətlərin təşkili və bu xətlər üzərindən xidmətlərin göstərilməsindən ibarətdir.