Əsas səhifə Biznes Brendlər “Lyst” ilin ən məhşur dəb brendlərinin reytinqini açıqlayıb

“Lyst” ilin ən məhşur dəb brendlərinin reytinqini açıqlayıb

118
Paylaş

“Lyst” dəb-axtarış platforması 2019-cu ilin üçüncü rübünün nəticələri üzrə dünya bazarında ən məhşur “fashion-brendlər”in reytinqini dərc edib.

“The Hottest Brands” reytinqində ilk yeri italyan küçə geyimləri brendi “Off-White” tutub. Yuxarı pillələrdə “Balenciaga”, “Gucci”, “Versace” və “Prada” kimi brendlər də var. Reytinqdəki yerlərin 90%-ni lüks sinif brendlər tutublar.

İkinci rübdə reytinqə başçılıq edən “Gucci” son iki il ərzində ilk dəfə olaraq üçüncü yerə düşüb. “Lyst” reytinqində ilk dəfə olaraq məhşur brendlərin top 20-liyinə italyan lüks mallar istehsalçısı “Bottega Veneta” daxil olub,üç ay bundan qabaq siyahıda 37-ci yerdə idi. Top 20-liyə həmçinin, lüks sinif aksesuarlar və ayaqqabılar istehsal edən “Loewe” ispan brendi də düşüb.

Top 10-luğa “Valentino”, “Fendi”, “Burberry” və “Saint Laurent” daxildirlər. 10-cu yeri “Vetements” tutub.

Qeyd edək ki, siyahının demək olar ki, yarısını italyan markaları təşkil edir. Reytinqin dörddə birini isə fransız brendləri tutub. Bundan başqa, iki Britaniya brendi “Alexander McQueen” və “Burberry”, bir ispan brendi “Loewe”, ABŞ-dan “Nike”, İsveçrədən isə “Vetements” brendləri də olublar. Reytinqə daxil olan brendlərin 20%-nin 100 ildən çox tarixi var. Bu baxımdan reytinqin ən gənc brendləri “Vetements” və “Off-White”-dır. Onların 2019-cu ildə müvafiq olaraq 5 və 7 yaşları tamam olub.