Lynk&Co şirkəti avropalılara abunə xidməti təklif edəcək

Date:

Paylaş:

Lynk&Co şirkətinin rəhbəri Alen Visser çin markasının Avropada irəlilədilməsi planları barədə məlumat verib. Rəqiblərindən fərqli olaraq, çin markasının diler şəbəkəsi olmayacaqdır. Çinlilər avropalılara onlayn şou-rumları və abunə xidmətini təklif etmək niyyətindədirlər.

Automotive News Europe nəşrinə müsahibə verən marka rəhbəri avtomobil üçün nəzərdə tutulmuş aylıq abunə haqqının 500 avro ətrafında olacağını bildirib. Bir müddət sonra, müştərilər daha aşağı qiymətə istifadə olunmuş avtomobillərə də abunə yazıla biləcəklər. İcarə müqaviləsini isə, istənilən an dayandırmaq olar.

Alen Visser
Alen Visser

Startapın təklif etdiyi ilk model Volvo XC40 modelinin arxitekturasında inşa edilmiş Lynk&Co 01 krossoveri olacaqdır. Avropalılar bu modeli 2020-ci ilin yazından başlayaraq icarəyə götürə bilərlər. Gələcəkdə çin şirkətinin model xətti Lynk&Co 02  krossoveri ilə genişləndiriləcəkdir.

Alen Visser icarəyə götürülmüş avtomobilin xarab olması halında, bütün təmir xərclərinin istehsalçının hesabına aid ediləcəyini bildirib. O, bu səbəbdən Lynk&Co şirkətinin biznes konsepsiyasının digər istehsalçıların yanaşmasından fərqləndiyi bildirib. «Bizim avtomobillər nə qədər çox təmirə ehtiyac duyarlarsa, biz o qədər az qazanacağıq», – Visser bəyan edib.

Lynk&Co 01
Lynk&Co 01

Lynk&Co şəbəkəsinin inkişaf planı barədə məlumat yazda peyda olub. Markanın birinci mağazası Amsterdamda açılacaqdır. Sonradan meydançalar Belçika, İsveçrə, Fransa və Rusiyada fəaliyyətə başlayacaqdırlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...