Amerikanın aerokosmik Lynk şirkəti öz peykindən adi Android-smartfonuna göndərdiyi ilk mətn mesajını qəbul edib.
Bu barədə The Verge yazır.
Startapın 2020-ci ilin yanvarından Cygnus kosmik aparatına qoşulan avadanlığı orbitdə yerləşdirilib. 24 fevralda şirkət ilk “Bu sınaqdır” mesajını göndərib.
Mesaj komandanın smartfonuna Folklend adasında olduqları zaman gəlib çatıb. The Verge bildirir ki, mesajın ilk üç hərf düşməyib. Şirkət, peykdən smartfona bu mətn yazısının göndərilməsinin bəşəriyyət tarixində ilk hadisə olduğunu təsdiqləyib.
Hal-hazırda, smartfonun orbitdəki cihaza qoşulması üçün peyk telefonu və aksesuarı lazımdır. Lynk şirkətinin peyk üçün işlədiyi proqram təminatı mobil telefonun, yerdəki mobil rabitə fəaliyyəti zonalarından kənarda olduğu zaman peyk cihazlarına qoşulmasını təmin edir.
Bu texnologiya istifadəçilərə planetin istənilən nöqtəsindən rabitə yaratmaq imkanı verir, Lynk-dən bildiriblər. Startapın həmtəsisçisi və baş direktoru Çarlz Miller belə hesab edir ki, tərəfdaşların dəstəyi olarsa şirkət 2020-ci ilin sonuna kimi layihəni təqdim edə bilər, əgər tənzimləyicilərin də icazəsi olarsa. Mobil opeartorlar startapın bu texnologiyasını ala da biləcəklər.
Lynk şirkəti hələlik, 25 kq.-lıq 55 ədəd mini peyki 500 km yüksəklikdə orbitə buraxmağı planlaşdırır.
Qeyd edək ki, 2016-cı ildə yaranan Lynk satartapı üç il ərzində 5,2 mln. dollar investisiya cəlb edə bilib. Startapa Amerikanın Blazar Ventures investisiya fondu iki dəfə yatırım edib.