Lyft səhmlərinin satışı 29 mart 2019-cu il tarixində başlamalıdır.
Xidmət səhmlərinin qiymətini 62-68 dollar səviyyəsində müəyyən edib, lakin hərraclara qədər bu qiymət dəyişə bilər.
Şirkət səhmlərin təxminən 10%-ni satmağı və təxminən 2,1 milyard dollar sərmayə cəlb etməyi planlayır.
2019-cu ilin mart ayının əvvəlində Lyft xidməti ilk dəfə olaraq öz maliyyə göstəricisini açıqlamışdı: 2018-ci ildə gəlir 2,2 milyard dollar təşkil edib (2017-ci ildə isə bu rəqəm 1,1 milyard dollar olmuşdur). 2018-ci il üçün xalis zərər 2017-ci ildə 688.3 milyon dollar ilə müqayisədə 911.3 milyon dollar təşkil edib.
Reuters-in məlumatına görə, 2019-cu ilin aprel ayında, Uber taksi xidmətinin rəqibi Lyft, fond birjasında hərraclara başlamağı planlaşdırır. Analitiklərin fikrincə, IPO zamanı şirkət 120 milyard dollara qədər qiymətləndirilə bilər.