“Lyft” taksi xidməti 2019-cu ilin birinci rübü üçün 1,1 milyard dollar zərər barədə xəbər verib

Date:

Paylaş:

Şirkətin xərclərinin əsas hissəsi 859 milyon dollar təşkil edir və bu, 2019-cu ilin martında baş tutan IPO-da əməkdaşlara verilən “stock-based compensation”la əlaqəlidir. Qaydasına salınmış zəzrər keçən ilin 228,4 milyon dolları ilə müqayisədə 211,5 milyon dollar təşkil edib.

Şirkətin gəliri 2019-cu ilin yanvar-mart ayları üçün 776 milyon dollar olub və bu, keçən ilki ilə müqayisədə 95% çoxdur.

Bazar bağlanandan sonra “Lyft”-in aksiyaları 2,85% ucuzlaşaraq hər aksiyaya görə 59,34 dollar olub.Şirkətin bazar kapitalizasiyası 16,96 milyard dollar təşkil edib.

2019-cu ilin martında “Lyft” ilk dəfə olaraq IPO-ya hazırlıq çərçivəsində maliyyə göstəricilərini bildirib. 2018-ci ili şirkət 911 milyon dollar ziyanla başa vurub. “Lyft” birjaya 29 martda çıxıb, həmin vaxt aksiyaları 19% artmış olub, kapitalizasiyası isə  25 milyard dollar olub. Lakin bazarın ikinci günü şirkətin dəyəri 20,4 milyrd dollara qədər enib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...