Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Lyft səhmləri ikinci gündür İPO səviyyəsindən aşağı düşdü

Lyft səhmləri ikinci gündür İPO səviyyəsindən aşağı düşdü

217
Paylaş

Bir günə 12% enmə.

Aprelin 1-də Nasdaqda  ticarətin başa çatması ilə Lyft taksi xidməti  12 %-dən çox – bir hissəyə görə 74,9 dollardan 68,8 dollara düşmüşdür. Bu 29 mart, yəni ticarətin başladığı ilk günün hər bir səhmi üçün 72 dollardan aşağı idi.

Aksiyanın ilk günü Lyft 19% – ə qalxdı, şirkətin kapitallaşması isə  25 milyard dollar oldu. 1 aprel gününün sonu şirkətin qiymətləndirilməsi  20,4 milyarda endi.

Bloomberg qeyd edir ki, ilk günlər şirkətin və onun perspektivlərinin qiymətləndirilməsi  çox istisna hallarda mümükün olur.  Snap səhmləri  ticarətin başlamasından dörd ay sonra  İPO səviyyəsindən aşağı düşdü və hələ də bu səviyyədən aşağıdadır,lakin Facebook bu təcrübəni ikinci gün yoxladı və yalnız bir il sonra artım oldu.

Yazılarda qeyd edilir ki, Lyft-in birjaya daxil olmasının nəticələri  səhmdarların Slack, Uber  və Pinterest kimi 2019-cu ildə gözlənilən digər  iri İPO texnoloji şirkətlərinə olan inamlarına təsir edə bilər.  Lyft-in vəziyyəti həmçinin , adəti prosesləri dünya üzrə dəyişməyə söz verən  şirkətlərin işinə bazarın necə reaksiya verəcəyini göstərə bilər, lakin hələ ki çox pul xərcləyirlər- xüsusən  2018-ci ildə Lyft-in xalis zərəri  911,3 milyon dollara çatdı və şirkət nə zaman mənfəət  göstərməyi planlaşdırdıqlarını dəqiqləşdirməmişdir.