Əsas səhifə Biznes Brendlər LVMH holdinqi “Tiffany” zərgərlik brendini almaq niyyətində olduğunu bildirib

LVMH holdinqi “Tiffany” zərgərlik brendini almaq niyyətində olduğunu bildirib

100
Paylaş

LVMH holdinqi ABŞ-ın zərgərlik bazarında “Tiffany & Co” brendini almaq niyyətində olduğunu bildirib.

Banker.az xəbər verir ki, bu haqda mənbəyə istinadən Bloomberg məlumat verib.

Hal-hazırda şirkətlər arasında danışıqlar gedir. Bu, LVMH tarixindəki ən böyük razılaşma ola bilər. Razılaşmanın məbləği hələki açlıqlanmayıb.

Eyni zamanda, “Financial Times” mənbələrə istinadən yazır ki, Bloomberg nəşrinin dərcindən sonra sövdələşmə pozula bilər.

2019-cu ilin yanvar ayında LVHM “Global Powers of Retailing” reytinqində dünyanın 250 reteyleri arasında 48-ci yer almışdır. 2018-ci ilin nəticələrinə görə, şirkətin illik gəliri 21,75 milyard dollar təşkil edib.