Əsas səhifə Biznes sahələri Texnologiya Lüks brendlər ağıllı saat bazarını fəth edir

Lüks brendlər ağıllı saat bazarını fəth edir

2669
Paylaş
bahali saatlar

Bu ay ərzində iki lüks brend ağıllı saat təqdim edib. İlk öncə Fransız Moda Evi Louis Vuitton “Tambour Horizon” adlı ağıllı saatını, daha sonra “Porsche Design” “Porsche Design Huawei Smartwatch” unun təqdimatı baş tutub. Fins.az hər iki model haqqında sizə qısaca məlumat təqdim edir.

Çinlilərə“plagiat”

Fransız Moda Evi “Louis Vuitton” iyul ayının ilk yarısında “Android Wear 2.0” əməliyyat sistemi bazasında premium ağıllı saatlar arasında şəxsi vesriyasını buraxıb. “Tambour Horizon” adlı model “Qualcomm” və “Google” şirkətlərinin dəstəyi ilə hazırlanıb.Saat iri AMOLED ekran ilə təchiz olunub, lakin təqdimat keçib-keçirilməz onun dizaynı şəbəkədə lağ olundu. İttihamlara görə, saaın dizaynı Çinin 10 dollarlıq smart-saatlarından kopyalanıb.

Lakin onu da qeyd edək ki, yeni “Louis Vuitton Tambour Horizon” rəqiblərindən hər zövqə uyğun dəyişən qayışların 60 variantı ilə üstündü, hətta baza versiyası paslanmayan polad bilərziki ilə çatdırılır. Düzdür, baza variantının qiyməti heç də ucuz deyil – 2450 dollar, ələxsusda onun 2300 dollarını məhz brendə görə verdiyinizi öyrənəndə.

Əslində, “Louis Vuitton Tambour Horizon” bir cihaz kimi heç bir qeyri-adi xüsusiyyətə malik deyil: burada adi 4GB ROM və 512 MB RAM, 300 mAh-lıq batareya və 1.2 düym 390х390 piksellik ekran. Platformanın əsəsını ən son belə olmayan “Qualcomm Wear 2100” prosessor təşkil edir. Saatın 13 mm qalınlığı olan 42 mm-likkorpusu var. Buna görə də, demək olar ki, qadın əlində bu saat çox kobud görsənər.

Xüsusiyyətlərə həmçinin ekranı bağlayan sapfirdən şüşə və su altında 30 metr dərinliyə salmaq imkanı yaradan korpusun yüksək keyfiyyəti və hermetikliyi aiddir.

Smartfon smartwatch-dan daha baha

Bir neçə gün öncə “Porsche Design” şirkəti səs-küysüz və fanfarsız “Porsche Design Huawei Smartwatch”-un təqdimatını keçirdi. Saat elektronika istehsalçısı “Huawei” ilə birgə əməkdaşlıqda yaradılıb. Ağıllı saat ilə birgə “Porsche Design Huawei Mate 9” smartfonu təklif olunur. Maraqlısı odur ki, lüks smart-saatları üçün qeyri adi bir hal yarandı, telefon daha bahalı qiymətə təklif olunur. Onu da vurğulayaq ki, öncə bəhs etdiyimiz “Louis Vuitton Tambour Horizon” “Porsche Design Huawei Smartwatch”-dan ikiqat bahadır.Həmçinin “Porsche Design” smart-saatlardan tamamilə fəqrlənən və ənənəvi yüksək klass mexanik saatlara həsr olunan kolleksiya yaradır.

bahali saatlar

Qeyd edək ki, “Porsche Design Huawei Smartwatch” baza məhsulu olan “Huawei Watch”-un digər saatlarına deyil, daha çox “Porsche Design”-nın modellərinə bənzəyir. Lakin, çox güman ki, içindəkilər məhz “Huawei Watch”-la indentikdir.

Cihaz “Android Wear 2.0”-da çalışır, iç yaddaş 512 MB və 4 GB RAM-a malikdir. Adət etdiyimiz GPS, akselerometr və s. başqa GPS-barometr və ürək döyüntüsünü sayan gözəl əlavələr var. Son opsiya xüsusilə xoşagəlimlidir, çünki lüks smart-saatlarının bir çox modellərində (“Aplle Watch”dan savayı) belə bir sensor yoxdur.

Saat bütün dünyada rəsmi olaraq satılmır, yalnız Avropa və Böyük Britaniyada. Əyər sizdə bu saatı istəyirsinizsə, onların dalıyca ora gedə bilərsiniz, ya da intenet vasitəsi ilə sifariş edə bilərsiniz. “Porsche Design Huawei Mate 9” smartfonun  qiyməti – 1,395 avro, “Porsche Design Huawei Smartwatch” saatı isə 795 avro təşkil edir.

©fins