“Lukoil” neft şirkəti “Forbes” jurnalı tərəfindən dərc edilən Rusiyanın ən iri özəl şirkətləri reytinqində yenidən birinci olub.
2018-ci ildə şirkətin gəlirləri 8,036 trln. rubl (təxminən 126 mlrd. ABŞ dolları) təşkil edib və şirkətdə qeydiyyatda olan işçilərin sayı 102 min nəfəri ötüb.
Məlumata əsasən, 1,867 trln. rubl (təxminən 29,3 mlrd. dollar) ilə reytinqin ikinci pilləsində “Surgutneftegas” qərarlaşıb. Özəl şirkətlər arasında reytinqin üçüncü yerinə “Pyaterochka”, “Perekrestok”, “Karusel” və “Perekrestok Express” pərakəndə satış şəbəkələrini idarə edən “X5 Retail” Qrupu layiq görülüb.