Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Luckin Coffee” “Starbucks”ı çin bazarından demək olar ki, qovub

“Luckin Coffee” “Starbucks”ı çin bazarından demək olar ki, qovub

175
Paylaş

Ümumdünya İqtisadi Forumunun rəsmi “Twitter” saytı bildirib ki, Çinin “Lunckin Coffee” qəhvəxana şəbəkəsi iki ildən də az bir zaman ərzində “Starbucks”-ı çin bazarından çıxarıb. Fəaliyyətinə doqquz qəhvəxana ilə başlayan şəbəkənin hal-hazırda  bütün ölkə üzrə 2073 qurumu var və hər dörd saatdan bir yeni qəhvə evi açır.

Qəhvəxana müştərilərə xidmətdə  qeyri-ənənəvi yanaşmadan istifadə edib. İçki sifarişi və onun ödənişi smartfon tətbiqi vasitəsilə həyata keçirilir, bundan başqa müştəri canlı yayımla içkisinin necə hazırlanmasını izləyə bilir.

2018-ci il ərzində şəbəkə  116 milyon dollardan çox xalis zərər yaşayıb, çunki onu itki deyil, xidmətin sayı və sürəti maraqlandırır. Bununla belə, şirkətin kapitalizasiyası bir il ərzində 2,2 milyard dollara çatıb.