Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkəti bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq yeni istehsala başlayıb – xəstəxanalar üçün antiseptik gel istehsal edəcək. İlk həftəni şirkət təxminən 12 ton antiseptik gel hazırlayıb onları Fransanın qospitallarına pulsuz göndərməyi nəzərdə tutub.
Bu barədə Forbes yazır.
Fransada dezinfeksiyaedici gellərin çatışmazlığı səbəbindən martın 15-də LVMH-nin baş direktoru Bernar Arno fabriklərə göstəriş verərək bildirib ki, bütün texniki güclərini səfərbər edib kosmetika və ətirlər əvəzinə geniş miqyasda antiseptik gellər istehsalına başlasınlar.
Məhsullar Parisin 39 xəstəxanasına daşınacaq. Press-relizdə qeyd edilir ki, çatdırılmalar ehtiyac olunan qədər davam edəcək.
Əvvəllər Christian Dior, Guerlian və Givenchy markaları altında kosmetika və ətir istehsal edən müəssisələr 16 martdan etibarən gel isethsalı üçün müvafiq avadanlıqlarla təchiz olunublar.
Xatırladaq ki, hal-hazırda Fransada antiseptik vasitələrə böyük tələbat yaranıb.