“L’Oreal”dan stilistlərə qazandıran kompaniya

Date:

Paylaş:

“L’Oreal” kompaniyası yeni brend “Color&Co”u ərəsyə gətirib. Fərdiləşdirilmiş xidmət saçlarını salonda yox, evdə boyamağa vərdiş etmiş şəxslər üçün hazırlanıb.

PR Newswire nəşri yazır ki, xidmət özündə mütəxəssislər tərəfindən verilən canlı konsultasiyaları və rəqəmsal texnologiyaları birləşdirir.

Xidmətin işi 3 mərhələdə həyata keçirilir. Öncə “Color&Co”nun saytında video əlaqə ilə müstəqil koloristlər ilə konsultasiyalar baş tutur. Şəxsi də danışmaq istəməyən şəxslər uyğun sorğunu cavablaya bilərlər.

Daha sonra “Color&Co” texnologiyası müştərilərin istəkləri və saçlarının baza rəngini əsas tutaraq, ona uyğun rəngi seçir. Bir neçə gündən sonra saç boyaları, hər müştəriyə fərdi olaraq evlərinə çatdırılır.

“L’Oreal”ın texnologiya inkibatorundan isə nəşrə deyiblər ki, texnoloji xidmət rəngin sonsuz çalarını seçə bilər. “Bizim araşdırmamıza görə, istifadəçilərin 70%-i evdə saçlarını boyayır. Amma onlar özlərinə uyğun rəngi tapmaqda çətinlik çəkirlər. Eyni zamanda, nəticədən də narahat olurlar. Biz bu problemi həll etmək qərarına gəldik”, – deyə portala “Color&Co”nun baş direktoru Olivie Blayka deyib.

Yeni brend müstəqil stilistlərə daha çox qazanmağa kömək edəcək. ABŞ-da müştəri bazasını genişləndirəcək. Hazırda xidmət yalnız bu ölkənin ərazisində əlçatandır.

Əlavə etmək yerinə düşər ki, L’Oreal bu il şəxsi rəqəmsal işini təqdim etdi. Belə ki, kompaniya istifadəçilərin üz dərisini skan edən və dermatoloji problemləri izah edən mobil əlavəni yaratdı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...