Əsas səhifə Xəbərlər Xarici xəbərlər “L’Oréal” imperiyasının ailəsi Notr-Dam kilsəsinin rekonstruksiyasına 200 milyon avro bağışlayacaq

“L’Oréal” imperiyasının ailəsi Notr-Dam kilsəsinin rekonstruksiyasına 200 milyon avro bağışlayacaq

133
Paylaş

“L’Oréal” kosmetika brendinin varisi olan Françoise Bettencourt-Meyers-in ailəsi, Notr- Dam de Pari kilsəsinin bərpası 200  milyon avro bağışlayacaq. Bu haqda Le Figaro xəbər verir.

Nəşr qeyd edir ki, bu, 15 mart tarixi üçün yanğın nəticəsində zədələnmiş Not-Dam de Pari kilsəsinin rekonstruksiyasına ayrılmış ən böyük məbləğdir.

Məlumdur ki, iş adamlarının və fransız sənaye şirkətlərinin sayəsində ümumilikdə 600 milyon avro toplanıb.

Xatırladaq ki, “L’Oréal” imperiyasının varisi Françoise Bettencourt-Meyers, Forbes jurnalına görə dünyanın ən varlı qadınlarından biridir. 2019-cu ildə onun sərvəti 49,3 milyard dollar dəyərində qiymətləndirilib.