Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Loom” xidməti İnstagram və digər səhmdarlardan 30 mln. dollar cəlb edib

“Loom” xidməti İnstagram və digər səhmdarlardan 30 mln. dollar cəlb edib

72
Paylaş

Video-ismarıcların mübadiləsi xidməti “Loom” B raundunda “SAAS Sequoia” və İnstagram yaradıcılarından 30 mln. dollar cəlb edib.  Bu barədə TechCrunchyazır.

Əməliyyatın şərtləri və dəyəri açıqlanmır. Crunchbase-in məlumatına görə, son raund istisna olmaqla şirkət ümumilikdə 14,8 mln. dollar maliyyə toplaya bilib.

Qeyd edək ki, “Loom” xidməti istifadəçilərə qısa video-ismarıclar qeydə almağa və onları kolleqaları ilə bölüşməyə imkan verir.Bu da tapşırığı daha sürətlə və anlaşıqlı izah etməyə xidmət edir.