Londonda “Uber”ə qadağa qoyuldu

Date:

Paylaş:

London nəqliyyat sisteminin rəhbərliyi online taksi xidməti “Uber”in lisenziyasını ləğv edib. Oktyabr ayından etibarən şirkətin Böyük Britaniya paytaxtında sərnişin daşımaları həyata keçirməsi qadağan edilib.

Lent.az-ın xəbərinə görə, bu barədə şəhər nəqliyyat idarəsinin (Transport for London, TfL) “Twitter” səhifəsində məlumat verilib. İdarədən şirkətə bildirilib ki, mövcud müqavilənin sentyabrın 30-da bitməsindən sonra lisenziyanın müddəti uzadılmayacaq. Səbəb odur ki, “Uber” taksi xidmətləri üçün müəyyənləşdirilən tələblərə cavab vermir. Belə ki, şirkət sürücüləri işə götürərkən onlardan məhkumiyyətin olmaması barədə arayış tələb etmir, kriminal hadisələrdən xəbərdarlıq məsələsində özünü yaxşı göstərmir, tibbi sertifikatların qeydiyyatını şəffaf aparmır, eləcə də fəaliyyətində “Greyball” sistemindən yararlanır ki, bu da şirkətin xidmətlərinin qadağan olunduğu və ya məhdudlaşdırıldığı ölkələrdə hakimiyyət orqanlarını aldatmağa imkan verir.

“Londonda bütün şirkətlər qaydalara uyğun oynamalıdır və müştərilərin təhlükəsizliyi ilə bağlı bizim tələb etdiyimiz yüksək standartlara əməl etməlidir. TfL-in londonluların təhlükəsizliyinə təhdid gördüyü halda “Uber”i lisenziyalaşdırmağa davam  etməsi yanlış olardı”, – deyə London meri Sadiq Xan bildirib.

“Uber” 21 gün ərzində qərardan şikayət verə bilər.

“Bloomberg”in məlumatına əsasən Londonda “Uber”in təxminən 3,5 milyon müştərisi və 40 min sürücüsü var. 2015-ci ilin nəticələrinə əsasən “Uber London” 23,3 milyon funt-sterlinq gəlir əldə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...