Əsas səhifə Məqalələr Maraqlı Londonda həb-viskilər hazırlanıb

Londonda həb-viskilər hazırlanıb

143
Paylaş

CNN yazır ki, spirtli içki istehsalçısı “Glenlivet” məhdud sayda həb-viski hazırlayıb. Onları Londonda kokteyl həftəsində təqdim ediblər.

“Glenlivet” tünd içki sevənlərə şotland viskisini kiçik həblərdə dadmağı təklif edir. Bunun üçün nə badəyə nə də buza ehtiyac qalmayacaq. 

Bir həb özündə 32 ml. Viski daşıyır. Həblər ağızda təmamilə həll olur – onları maye ilə də udmaq olar. Şirkət  əminliklə bildirir ki, həblər viskinin dad keyfiyyətinə heç bir təsir göstərmirlər.

Oktyabrın 4-dən 13-nə kimi Londonda keçirilən kokteyl həftəsində təqdim olunan  bu yeni məhsul məhdud saydadır və kütləvi satışa çıxarılmayıb. Şirkət istənilən halda onu bazara verməyi düşünmür.

Bəzi Twitter istifadəçiləri Glenlivet-i bu ideyasına görə tənqid ediblər. Onlar belə hesab edirlər ki, viskini ondan zövq almaq üçün aramla içmək lazımdır – badədə və buzla.

Bir qədər əvvəl Inc. bildirmişdi ki, nadir viski investisiya üçün ən faydalı obyektdir. Ekspertlər deyirlər ki,  2018-ci ildə asiya bazarında artan tələbə görə nadir viski növünün qiyməti qalxıb. Şotlandiyanın viski Assosiasiyasının məlumatına əsasən keçən ilin birinci yarısında Hindistan, Çin və Sinqapurda satışlar müvafiq olaraq 44,35 və 24% artıblar.