Əsas səhifə Xəbərlər Xarici xəbərlər London “Brexit”ə görə 1 trilyon avro itirir – ARAŞDIRMA

London “Brexit”ə görə 1 trilyon avro itirir – ARAŞDIRMA

18

Banklar və digər maliyyə institurları “Brexit” ilə əlaqədar olaraq Böyük Britaniyadan 1 trilyon avro həcmində aktiv və fondlarını çıxaracaqlar.

Bu barədə “New Financial” təhlil mərkəzi xəbər verir.

Məlumata əsasən, banklar, o cümlədən investisiya bankları 800 milyard funt sterlinq (925 milyard avro), aktivlərin idarəolunması üzrə şirkətlər – 65 milyard funt sterlinq (75 milyard avro) və sığorta şirkətləri 35 milyard funt sterlinq (40,5 milyard avro) həcmində vəsait çıxarırlar.

Böyük Britaniyanı 280-ə yaxın maliyyə təşkilatları tərk edir. Onların köçməsi 3,5 milyard avroya başa gələcək. 100-ə yaxın maliyyə institutu və şirkət iş yeri kimi Dublini, 60-ı – Lüksenburqu, 41-i – Parisi, 40-ı – Frankfurtu və 32-i – Amsterdamı seçib./finans.az

Rəy bildir

Please enter your comment!
Please enter your name here