London əsilli stilist Azərbaycanda yeni şirkət təsis edib. Yeni yaradılan şirkətin adı “Dervis Bagzıbaglı Ticarət LTD” MMC-dir. “Dervis Bagzıbaglı Ticarət LTD” adlı şirkətin kapitalı 30 000 ABŞ dollarıdır.
Bu şirkətin yaradıcısı Bagzıbaglı Dervis Rashit-dir.
Bildirək ki, Raşit Bağzıbağlı 1985-ci ildə Londonda dünyaya gəlib , 34 yaşı var. 2010-cu ildə Türkiyədə və Kiprdə müvəffəqiyyətləri nəticəsində bir çox mükafatlara layiq görülüb. Nyu-Yorkda “Gənc Moda Üzü” yarışmasında “Ən yaxşı gənc stilist” mükafatını alıb.