Lombardlar öz vəsaiti hesabına girov qoyulan əşyaları sığortalayacaq

Date:

Paylaş:

Azərbaycanda lombardlar öz vəsaiti hesabına girov qoyulan əşyaları sığortalayacaq.

Bu barədə yeni hazırlanan “Lombardlar haqqında” qanun layihəsinin 7-ci maddəsində (Girov qoyulan və ya saxlamaya qəbul edilən əşyanın sığortalanması) bildirilib.

Sənəddə qeyd edilib ki, lombard girova qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanı, həmin əşyanın bu Qanunun 6-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qiymətinin tam məbləğində öz vəsaiti hesabına müştərinin xeyrinə əşyanın mənimsənilməsi, israf edilməsi, zədələnməsi, məhv olma və itirmə riskindən sığortalanmalıdır.

Lombard öz vəsaiti hesabına girov qoyulmuş ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər.

Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...