“Viciunai Azerbaijan” MMC Azərbaycanda qeydiyyatdan keçirilib. O, Litvanın “Viciunai Group” ərzaq şirkətinin törəməsidir.
“Bizplus.az” xəbər verir ki, “Viciunai Azerbaijan” MMC 2019-cu il dekabrın 29-da qeydiyyatdan keçib. MMC-nin nizamnamə kapitalı 100 min avrodur. Şirkətin rəsmi nümayəndəsi Dəyanət İbrahimovdur.
Qeyd edək ki, “Viciunai Group” 1991-ci ildə yaradılıb. Qrupa dünyanın 17 ölkəsindən 80 müəssisə daxildir. Məhsullar Qrupun 18 fabrikində istehsal olunur.