“Trafi” platforması Litvada fəaliyyətini yeniləyir.
Azərtac xəbər verir ki, yeni “Trafi” platforması mobil telefonda bütün nəqliyyat xidmətlərini birində birləşdirən alətdir. İctimai nəqliyyat istifadəçiləri bir düyməni basmaqla avtobus, trolleybus və narıncı velosipeddə gəzmək üçün ən sürətli və rahat marşrut barədə informasiya əldə edirlər. Platformanın köməyilə daha tez çatmaq arzusunda olanlar minik və ya taksi xidmətlərini seçə bilərlər. Avtomobil sürməyi sevənlər “City Bee” və ya “Spark” xidmətlərindən faydalana bilərlər.
“Trafi” ölkənin ən uğurlu layihələrindən biridir. Hazırda “Trafi”nin fəaliyyətinin təkmilləşdirilməsinə və genişləndirilməsinə 14 milyon ABŞ dolları həcmində investisiya cəlb olunub. Müəssisənin yaratdığı məhsullardan Latviya, Estoniya, Türkiyə, Braziliya, İndoneziya və digər ölkələrdə 4 milyondan çox adam istifadə edir.