Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Litvanın ərzaq şirkəti Azərbaycan bazarına daxil olub

Litvanın ərzaq şirkəti Azərbaycan bazarına daxil olub

51

“Viciunai Azerbaijan” MMC Azərbaycanda qeydiyyatdan keçirilib. O, Litvanın “Viciunai Group” ərzaq şirkətinin törəməsidir.

“Bizplus.az” xəbər verir ki, “Viciunai Azerbaijan” MMC 2019-cu il dekabrın 29-da qeydiyyatdan keçib. MMC-nin nizamnamə kapitalı 100 min avrodur. Şirkətin rəsmi nümayəndəsi Dəyanət İbrahimovdur.

Qeyd edək ki, “Viciunai Group” 1991-ci ildə yaradılıb. Qrupa dünyanın 17 ölkəsindən 80 müəssisə daxildir. Məhsullar Qrupun 18 fabrikində istehsal olunur.