LinkedIn Microsoft tərəfindən 26 milyard dollara satın alındıqdan sonra yenilənmə dövrünə başlayıb.
Görüntüsünün dəyişdirildiyini rəsmi şəkildə bildirən Linkedin yeni dizaynla mesajlaşma və konteni platformanın əsas hissəsi edəcəyini açıqlayıb. Artıq axtarış zamanı iş elanları, qruplarlarla yanaşı paylaşımlar da nəticə verəcək. Dizaynı tamamilə dəyişdirən Linkedin əvvəlki dizaynla müqayisədə daha sadə və rahatdır.
Linkedinin yeni dizaynla istifadəçilər tərəfindən ən çox şikayət edilən problemləri həll etdiyi bildirilir.