Dünyanın ən böyük url qısaltma servisi və link idarəedici platformalarından biri olan Bit.ly 63 milyon dollar investisiya aldı. 2008-ci ildə yaradılan Bitly hazırda milyonlarla insana xidmət göstərir. Bu günə qədər bitly 32 milyarddan çox link qısaldıb.
Aldığı investisiya ilə bitlyinin strateji planlarını və komandasını gücləndirəcəyi bildirilir.