Lilian Vernon: “Biznes iş deyil!”

Date:

Paylaş:

Lilian Vernon –öz gücü ilə milyonçu olmağı bacaran azsaylı qadınlardan biridir. Bu qadın Amerika biznes tarixinə uğurlu sahibkar kimi düşüb. 

Lilian Vernon artıq 14 yaşında işləməyə başlamışdır. Zəngin və uğurlu bir qadın olaraq o qeyd edir ki, az maaşlı iş onun gələcək karyerasında əhəmiyyətli rol oynamışdır. Məhz bu iş (kinoteatra bilet satan və “Sormalar” mağazasında satıcı), ona hər cür insanlarla ünsiyyət qurmağı və cəmiyyətdən qorxmamağı öyrətdi. Əslində, Lilian uşaqlıqdan çox utancaq olsa da, iş təcrübəsi sayəsində bu xüsusiyyətinə qalib gəlməyi bacarmışdır. 

1951-ci ildə 23 yaşında gənc evdar qadın olaraq, Lilian part-time işləmək qərarına gəldi. Onun ağlına kiçik malların satışı ilə məşğul olan firma açmaq ideyası düşdü. Sahibkarlıq sahəsində tamamilə təcrübəsiz olan Lilian, yalnız intuisiyaya arxalanırdı. O, müştərilərə mağazalarda satışda olmayan müxtəlif məhsulları almağı təklif edirdi. Əgər məhsul müştərini qane etmirdisə, ödənilmiş məbləği geri qaytarırdı. Bu biznes çox gəlirli olmuşdur. Beləliklə, 2000 dollarlıq mal (cüzdan və kəmərlər) alaraq, Lilian müştərilərinə hədiyyə bağlamalarını da təklif etməyə başladı. Və artıq ilk 3 ayda o, 32 min dollarlıq sifariş aldı!

İlk uğur gənc sahibkarı daha çox motivasiya etdi və Lilian yeni məhsulu – üzərində müştərinin adı olan əlfəcinləri reklam etməyə başladı. Əlfəcinlərin satışları ikiqat çox oldu və Lilian başa düşdü ki, poçt biznesində hələki heç kəsin fəth etmədiyi bir sahəni tutmağı bacarıb. 

Üç ildən sonra Lilian 16 səhifəlik ağ-qara kataloq buraxdı. Kataloqların indiki və gələcək müştərilərin ünvanlarına göndərilməsi ideyasından istifadə edərək, onun “Vernon suvenirləri ” şirkətinin illik gəliri 150.000 dollara çatdı.

1965-ci ilə qədər Lilian-ın sahibkarlıq fəaliyyəti artıq kifayət qədər yüksək səviyyədə idi və bu, “Lilian Vernon Corporation” şirkətinin yaradılmasına töhfə verdi. Bir ildən sonra şirkətin gəliri ildə artıq təqribən milyon dollar təşkil edirdi. Sahibkarlıq fəaliyyəti boyunca Lilian Vernon onu “Olimpin zirvəsinə” yüksəldən əxlaqi və işgüzar prinsip və inanclara riayət edib. 

Onun fikrincə, həyatda uğurlu olmaq üçün aşağıdakı prinsipləri gözləmək lazımdır:

  • Özünə və ailə üzvlərinə vaxt ayır. 
  • Yalnız yaxşı insanların əhatə dairəsində ol.
  • Risk etməyə hazır ol.
  • Hər şeyi özün etmə – bu və ya digər öhdəlikləri digərlərə həvalə et. 
  • Yeni ideyalar üçün açıq ol. 
  • Büdcədən kənara çıxma, həddindən çox pul xərcləmə. 
  • Borcları daim nəzarət altında saxla. 
  • Səhvlər və uğursuzluqlar üzərində çox dayanma, onlardan dərs götürüb irəliyə doğru get. 
  • Kompüter texnologiyalarından qorxma. 
  •  İşini və satdığın məhsulu sev. 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...