Las Veqasda keçirilən CES 2020 sərgisi çərçivəsində LG Electronics-in baş direktoru vacib bəyanat verib. Onun sözlərinə görə, artıq gələn il LG şirkəti smartfon bazarında əsl inqilab edəcək. Belə ki, o, smartfon bazarının bir hissəsini özünə geri qaytaracaq. Bu məqsədlə şirkət mobil sahəni dəyişə biləcək bir neçə cihaz üzərində çalışır. Bu barədə “Zdnet” saytı xəbər verib.
2015-ci ilin ikinci rübündən başlayaraq LG şirkətinin smartfon biznesi heç də yaxşı vaxtlarını yaşamır. Lakin şirkətin top meneceri əmindir ki, 2021-ci ildə vəziyyət dəyişəcək: “Bizim hazırladığımız məhsul çeşidlərindəki dəyişikliyi nəzərə almaqla gələn il premium seqmentli cihazlar sahəsini əsl inqilab gözləyir” – deyə şirkətin baş direktoru qeyd edib. Şirkətin planları arasında əsasən qatlana bilən smartfon modelinin təqdim olunması var. Lakin şirkət həmin smartfonun heç təqribi buraxılış tarixi barədə də məlumat vermir.
Bunun yerinə LG şirkəti reallaşdırılmasına lazım olan zaman barəsində narahat olmayaraq innovasiyalı premium məhsulu satışa çıxartmaq istəyir. Qeyd etmək lazımdır ki, mobil biznesin gəlirlərini artırmaq üçün şirkət keçən ilin sonunda istehsalatı Cənubi Koreyadan Vyetnama keçirtdi. Bundan əlavə, şirkət yeni smartfonların istehsalı zamanı xərclərin aşağı salınması üçün digər istehsalçıların istehsalat güclərindən də istifadə etməyi planlaşdırır.