LG şirkəti yeni smartfon modeli üzərində çalışır

Date:

Paylaş:

LG şirkəti də Samsung-un ardınca özünün büdcəli smartfonlar siyasətinə yenidən nəzər yetirməyi qərara alıb və beləliklə şirkət hal hazırki trend özəllikəri özündə birləşdirəcək yeni büdcəli smartfon modeli üzərində çalışır. Hindistanın 91mobiles adlı saytı LG şirkətinin bu smartfonu barəsində bəzi məlumatları və hətta render fotolarını da təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib.

Beləliklə təqdim olunmuş məlumata əsasən LG şirkətinin yeni büdcəli smartfon modeli qradient rəngli gövdəyə və üçlü arxa kameraya sahib olacaq. Render fotolardan da görmək olar ki, smartfonun arxa kameralarının yerləşmə tərzi bir növ Xiaomi Mi 9 modelini xatırladır. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, smartfon genişformatl FullVision ekranına, arxa paneldən barmaq izi skanı texnologiyasına və şirkətin V ilə G flaqman seriyalarının bəzi özəlliklərinə sahib olacaq.

Sözügedən cihazın hansı ad ilə satışa çıxacağı və onun hansı platforma əsasında çalışacağı barəsində bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, smartfon Snapdragon 400 və ya 600 seriyasından olacaq prosessor ilə təchiz olunacaq. Yeni smartfon artıq yaxın zamanda Hindistanda təqdim olunmalıdır. Dəqiq təqdimat tarixi isə bilinmir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...