“LG Display” şirkəti 2017-ci ilin sentyabrın 3-də ötən rüb üçün fəaliyyətinin hesabatını verib.
İKT.lent.az-ın verdiyi məlumata görə, üçüncü rübdə şirkətin dövriyyəsi 2016-cı ilin üçüncü rübü ilə müqayisədə 4 faiz, 2017-ci ilin ikinci rübü ilə müqayisədə 5 faiz artıb və 6,16 milyard dollar təşkil edib.
Şirkətin əməliyyat gəlirləri üçüncü rübdə bir il əvvəlki analoji dövrlə müqayisədə 81 faiz artıb və 517 milyon dollar təşkil edib. İkinci rüblə müqayisədə bu rəqəmin azalması 27 faiz təşkil edib.
Şirkətin xalis mənfəəti üçüncü rübdə bir il əvvəlki dövrlə müqayisədə 152 faiz artıb və 412 milyon dollar təşkil edib. Bu ilin ikinci rübü ilə müqayisədə xalis mənfəət 35 faiz azalıb.