“LG Display” 6,7 milyard dollarlıq mənfəət əldə etdi

2
731

“LG Displey” şirkəti 2017-ci il dekabrın 31-də yekunlaşan keçən rüb üzrə fəaliyyətinin nəticələrini açıqlayıb.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, 2017-ci ilin dördüncü rübündə şirkətin mənfəəti üçüncü rüblə müqayisədə 2 faiz artaraq 6,68 milyard dollar olub. Ancaq 2016-cı ilin dördüncü rübü ilə müqayisədə satışların azalması 10 faiz təşkil edib.

2017-ci ilin dördüncü rübündə şirkətin əməliyyat gəlirləri 42 milyon dollar təşkil edib. Bu göstərici 2017-ci ilin üçüncü rübü ilə müqayisədə 92 faiz, 2016-cı ilin dördüncü rübü ilə müqayisədə isə 95 faiz azalma qeydə alınıb.

Hesabatına daha parlaq çalarlar qatmaq üçün “LG Displey” bildirib ki, şirkət 23 rüb ard-arda gəlir əldə edir və itkilərlə üzləşmir.

Hesabat dərc edildikdən sonra şirkətin səhmləri təxminən 5 faiz artıb.

2 COMMENTS