Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “LG” Cənubi Koreyada telefon istehsalını dayandırır

“LG” Cənubi Koreyada telefon istehsalını dayandırır

108
Paylaş

“LG Electronics” şirkəti 2019-cu ildə Cənubi Koreyada smartfon istehsalını dayandırmağı və onu Vyetnamdakı zavoduna ötürməyi düşünür.

The Verge-nin yazdığına görə, hal-hazırda “LG” şirkəti vətəndə əsasən flaqman cihazlar istehsal edir.

Cənubi Koreya  və Vyetnamdan başqa  “LG” smartfonları Çin, Braziliya və Hindistan fabriklərində də istehsal olunur. Mənbələrdən verilən açıqlamaya görə, şirkət  öz mobil bölməsini zərərlərdən qutarmaq üçün flaqmanlar istehsalını Vyetnama köçürmək qərarına gəlib.

The Verge jurnalistləri qeyd ediblər: “ “LG Mobile”-ın xroniki mənfəət əldə etmə bacarıqsızlığını nəzərə alaraq, məlum olur ki, xərclərin qarşısısnı almaq üçün o, ölçü götürməli olub.

Qiymətlərin qaldırılması, gəlir və xərclərin digər yolla balanslaşdırılması indiki vaxtda pis bir uğur strategiyasıdır çünki, “LG”  ən yaxşı kameralı, böyük batareyalı və daha hamar görüntülü digər Android telefonu istehsalçılarından geri qalır.

Bu “LG” mobil bölümünün sonunun gəlməsi üçün uzaq göstəricidir, lakin sonunun başlanğıcı ola bilər. “LG”, “Apple” və “Samsung” telefonlarından sonra üçüncü nəsil telefon kimi bir çox Amerika operatorları mağazasında üstün mövqe tutmaqda davam edir və onun  Koreyada sadiq sevənləri var. Lakin əgər şirkət rəqabətədavamlı cihaz istehsal edə bilməsə, telefonların ev şəraitində istehsalını dəstəkləyə bilməməsi xarici zavodlara da öz təsirini göstərəcək.

The Verge-də belə hesab edirlər ki, hal-hazırda  yalnız möhtəşəm yeni telefonlar seriyasının buraxılışı, istehlakçı “LG” smartfonları biznesindəki yüngül zəifləməni dayandıra bilər.

Əlavə etmək olar ki, keçən ilin nəticələrinə görə, mobil telefonların Cənubi Koreyadan ixracı 14,61 milyard dollara düşüb. Bu, bir il əvvəliki göstəricidən 23% azdır. Bundan başqa, bu, 2002-ci ildən bəri, 16 il keçməsinə baxmayaraq, ən pis göstəricidir.