Əsas səhifə Biznes sahələri Avtomobil “Lexus”dan dünyanın ilk “tatu”lu maşını

“Lexus”dan dünyanın ilk “tatu”lu maşını

11
Paylaş

Yaponiyanın avtomobil istehsalçısı Lexus, dünyada ilk döymə vurulmuş maşını nümayiş etdirib. Bu qeyri -adi rənglənmə üsulu üçün UX krossoveri seçilib.

Bizplus.az xəbər verir ki, nümayiş olunan avtomobil təxminən 242 min azn.ə başa gəlir. Bundan əlavə, adi bir döymə etmək üçün çox vaxt lazımdır – tam kuza üzrə eləmək ən azı 6 ay çəkə bilər.

Qeyd edək ki, təsvirin dizaynı İngiltərədən olan tatu ustası Klaudia De Sabe tərəfindən hazırlanmışdır. Döymənin ilk mərhələsində kuza üzərində şəklin konturları xüsusi bir burğunun köməyilə  işlənir. Sonra avtomobili əldə rəngləyirlər. Lazımi nəticəni əldə etmək üçün zərdən istifadə olunur. Sonda mütəxəssislər yüksək keyfiyyətli boya qatını tətbiq edirlər.