Əsas səhifə Biznes sahələri Avtomobil “Lexus” elektrikləşdirilmiş minikrossover üzərində işləyir

“Lexus” elektrikləşdirilmiş minikrossover üzərində işləyir

172
Paylaş

Bu yeni krossover 2021-ci ildə bazara çıxmalıdır və o,2011-ci ildə buraxılmış köhnə kompakt CT 200h modelini əvəz edəcək. Planlar barədə şirkətin Avropa bölməsinin rəhbəri Pascal Ruch məlumat verib.

Belə planlaşdırılır ki, bu model, yeni yolsuzluq UX modelindən daha kompakt olsun və TNGA platformasına əsaslansın. Hələ ki bu maşının, arxa qapısı yuxarıya açılanmı yoxsa krossovermi  olacağı bilinmir.

Çox güman ki, o elektrikləşdirilmiş versiyada təqdim ediləcək, lakin məhz hansında məlum deyil. Bəzi mətbuat orqanları belə hesab edirlər ki, bu maşın şirkətin ilk elektroavtomobili ola bilər.

“Lexus”un Avropada hibrid brend kimi tanınmasına baxmayaraq, Ruch bildirib ki, onların 2018-ci ildə olan 698 000 qlobal avtomobil satışlarının  yalnız 182 000 hibrid olub. Bununla belə, Avropa “Lexus”un hibrid modelləri üçün iri bazar rolunu oynayır və payının 75%-i elektrik-benzin mühərrikli avtomobillərin satışından gəlir.