Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Levi’s şirkəti 21 mart tarixində IPO-ya keçir

Levi’s şirkəti 21 mart tarixində IPO-ya keçir

254
Paylaş

Şirkət yerləşdirmə parametrlərini açıqlayıb. Levi’s  36,7 milyon səhmini 14 və 16 dollar diapazonunda yerləşdirəcək. Potensial gəlirlilik 35% və 55% arasında olacağı gözlənilir.

Yerləşdirmənin maksimum həcmi 587 milyon dollar, kapitallaşma isə 5,4 – 6,2 milyard dollar olacağı gözlənilir.

Müqayisəli analiz

Şirkətin maliyyəsi (2011-ci il ilə 2018-ci ilin müqayisəsi)

Mənfəət: 4,8 milyard dollardan 5,6 milyard dollara qədər artıb (illik artım tempi 2,3%).

Təmiz gəlir: 135 milyon dollardan 285 milyon dollara qədər artıb (illik artım tempi 11,3%).

Ümumi borc: 1,97 milyard dollardan 1,05 milyard dollara qədər azalıb.

Leverec əmsalı: 3,8x-dən 1,5x-ə qədər azalıb.

Şirkət 2008-ci ildən etibarən dividentlər ödəyir. 2018-ci ildə ödəmələrin həcmi 90 milyon təşkil edib (2014-cü il ilə müqayisədə 200% çoxdur).