Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Levi Strauss IPO keçirərək, 100 milyon dollar cəlb etməyi planlaşdırır

Levi Strauss IPO keçirərək, 100 milyon dollar cəlb etməyi planlaşdırır

119

Amerikanın tanınmış cins istehsalçısı olan Levi Strauss şirkəti, çərşənbə günü IPO keçirmək niyyətini açıqlayıb.

Şirkətin qiymətli kağızları “LEVI” markasının adı altında Nyu-York Fond Birjasında satılacaq.

Şirkət IPO haqqında dəqiq məlumat hələ bildirməyib. Buna baxmayaraq, şirkət, 100 milyon dollar cəlb etməyi planladığını qeyd edib.

Çərşənbə günü CNBC, mənbələrə istinadən bildirib ki, IPO Levi şirkətinə 600-dən 800 milyon dollara qədər maliyyə gətirə bilər, şirkətin özü 5 milyard dollar dəyərində qiymətləndirilə bilər.

Levi Strauss şirkəti 1853-cü ildə təsis edilmişdir. Hal-hazırda, cins istehsalına görə dünya üzrə lider şirkətlərdən biridir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here