Lenovo və İntel şirkətləri qatlana bilən ekrana malik noutbukların konseptini təqdim ediblər. Təqdimat CES 2020 sərgisində olub.
“Lenovo” ThinkPad X1 Fold-un anonsunu edib: cihazın ekranı açılmamış vəziyyətdə 13,3 dyüm ölçüdə və eninin uzunluğuna nisbəti 4:3 olur. Ona, ThinkPad X1 Fold-la tam noutbukla işləyirmiş kimi işləyə bilmək üçün maqnit Bluetooth-klaviatura qoşmaq mümkündür.
“Lenovo”dan bildiriblər ki, cihaz bir dəfəyə eneji yığmaqla 11 saata kimi işləyə biləcək.
X1 Fold Windows 10 Pro bazasında çalışacaq. Şirkət noutbukları 2020-ci ilin ortalarında buraxmağı nəzərə alıb. Cihazların qiyməti 2499 dollardan başlayacaq.
“İntel”isə qatlanan Horseshoe Bend noutbukunun prototipini nümayiş etdirib. The Verge qeyd edir ki, o, X1 Fold-dan böyükdür və daha çox qatlanmış noutbuka oxşayır.
Cihaz eninin uzunluğuna nisbəti 4:3 olan 17,3 dyümlük OLED-displeyə malikdir. Mətn yazmaq üçün virtual klaviaturadan istifadə etmək və ya fiziki maqnit olanına qoşulmaq mümkündür.
CNet qeyd edir ki, Horseshoe Bend qatlanmış vəziyyətdə 12,5 dyümlük ekranı olan adi noutbuku xatırladır. Cihaz “İntel”in bu il buraxmağı planlaşdırdığı Tiger Lake prosessorunda işləyəcək.
Qiyməti və buraxılacağı tarix isə məlum deyil.