Əsas səhifə Biznes Brendlər “Lego konstruktor”ların icarəyə veriləcəyi gözlənilir

“Lego konstruktor”ların icarəyə veriləcəyi gözlənilir

167
Paylaş

Dünyanın ən iri oyuncaqlar istehsalçısı “Lego” konstruktorlar dəstini icarəyə verməyi düşünür. Bu, plastik istehsalını azaltmaq üçündür. Plastikdən məhsulların istehsalının azaldılmasının tərəfdarı olan fəallar şirkəti tənqid ediblər. Bu barədə  Financial Times yazır.

Danimarka şirkətinin vitse-prezidenti Tim Brooks-un sözlərinə görə, istehsalçı icarəyə vermə ideyasına “tam açıqdır”. Amma o qeyd edib ki, şirkət əvvəlcə bunun istehlakçılar üçün bir faydasının olub-olmadığını təhlil etməlidir.

Layihənin gerçəkləşməsində daha bir maneə bəzi “Lego” dəstlərinin hədsiz çox detallarının olması ilə bağlıdır. Brooks belə hesab edir ki, uşaqlar onların bəzilərini itirə bilərlər. Onun sözlərinə görə, icarə – resursların istehlakını azaltmaqla gəliri artırmaq üçün şirkətin nəzərdə tutduğu bir çox imkanlardan biridir.

“Lego” tənqidlərə görə, qalıq yanacaqlardan istifadə yolu ilə istehsal olunmuş materiallardan 2030-cu ildə imtina edəcəyini söz verib. Detal hissələri artıq bitki xammallı polietilendən istehsal olunur. Amma FT yazır ki, detalları ayırıb sonra yenidən quraşdırmağa imkan verən materiallar üçün alternativ hələ ki tapılmayıb.