Bloklarda alıcıların oxuması və sayması üçün sancaqlar var.
Lego Brayl şriftlərindən ibarət Lego Braille Bricks kolleksiyasını təqdim edəcək. Belə ki, Brayl şriftləri gözdən əlil olan və zəif görən alıcılar üçündür. TechCrunch nəşrinin firkrinə görə, bu yaxşı ideyadır, lakin iş əngəlli, kənarda qalan insanlara çatanda belə ideyanı çox az adam reallaşdırır.
Yeni dəstin detalları adi ikinin dördə ölçüsündə blok şəklindədir, ancaq sancaqları görmə qüsuru olanlar üçün qeydli Brayl əlifbasının hərfləri şəklində hazırlanıb. Bu yolla istifadəçilər Lego konstuktorunun köməyi ilə oxuya və saya biləcəklər.
Cədvəl, əlifbalı bloklardan, 0-dan 9-a qədər olan rəqəmlərdən və əsas əməli işarələrdən – “+“ və “=” ibarətdir. TechCrunch nəşrinin açıqlamasında deyilib ki, bəzi bloklar danışıq oyunları və riyazi tapşırıqlar üçündür.
Layihəni “Lego Foundation” fondu, özünün də görməsində problem olan motivasiya spikeri Morten Bondenin iştirakı ilə hazırlayıb.
“ Lego Foundation komandası layhənin məsləhətçisi olmam üçün mənə müraciət edəndə mən anladım ki, kömək edə bilərəm. Dünyada, görmə probleminə görəöz gələcəyinə inanmayan çoxlu uşaq var və onlara ümid vermək istəyirəm
Morten Bonde, Legonun məsləhətçisi.
TechCrunch-ın açıqlamasında deyilir ki, brend hələ ki, danimarka, norveç, ingilis və portuqal dillərində cədvəli test edib, alman, ispan, fransız dillərində isə 2019-cu ilin sonunda bir dəst buracağına söz verib.