Amerikan mütəxəssisləri “ağıllı” cihazlara göstərişlərin ötürülməsi ilə bağlı yeni metodika hazırlayıblar. İnternet-mənbələrdən əldə edilən məlumata görə, bunun üçün Miçiqan universitetinin əməkdaşları lazer şüasından istifadə ediblər.
“Ağıllı” dinamiklər sahibləri barədə gizli məlumatları tez-tez üçüncü şəxslərə ötürüblər.
İndi isə, artıq cihaza heç bir göstəriş vermədən onu sındırmaq mümkündür.
Belə ki, lazer lazım olan tezlikdə yerləşdirildikdə və şüa birbaşa dinamikə yönləndirildikdə cihaz, siqnalı insan səsi kimi ifadə edir.
Google Home, Amazon Alexa və Facebook Portal Mini-dən olan “ağıllı” dinamiklər üzərində texnologiyaların sınağı metodikanın effektivliyini və gadgetlərin boşluğunu sübut edib.
Araşdırma göstərib ki, bütün dinamiklər 50 m. məsafədən lazerə reaksiya veriblər. Bununla belə, sartfonların “hack” edilməsi çox çətin bir proses olub.