Əsas səhifə Biznes “Layihələrimiz Azərbaycana on milyardlarla gəlir gətirəcək”

“Layihələrimiz Azərbaycana on milyardlarla gəlir gətirəcək”

524
Paylaş

“Xaricdə həyata keçirdiyimiz layihələr ölkəmizin ümumi strateji inkişafına xidmət edir və bir neçə il bundan əvvəl götürülən investisiya portfelinin şaxələndirilməsi kursuna əsaslanır”

Bunu SOCAR-ın  prezidenti Rövnəq Abdullayev bildirib.

“Düzgün investisiya strategiyasının nəticəsidir ki, aktivlərimizin dəyəri, şirkətin dövriyyə kapitalı artır. 2007-ci ildən indiyədək SOCAR-ın aktivlərinin ümumi dəyəri 2 dəfədən çox artıb. Hazırda həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana on milyardlarla sabit gəlir gətirəcək, ölkəmizin davamlı inkişafına, xalqımızın rifah halının  daha da yaxşılaşmasına xidmət edəcək”, – deyə o vurğulayıb.

©APA