Lamborghini Urus satış rekorları vurur

Date:

Paylaş:

Lamborghini şirkəti 2019-cu ilin ilk yarışı üzrə satışlar haqqında hesabatı dərc edib. Bu müddət ərzində satılmış avtomobillərin 59 faizini Urus krossoverləri təşkil ediblər.

1 yanvardan 30 iyuna qədər dünya üzrə 4553 Lamborghini avtomobili satılıb. Müqayisə üçün, keçən ilin analoji dövründə cəmi 2327 avtomobil satılmışdı. Beləliklə, satışlar üzrə artım 96 faiz təşkil edib. Satışların kəskin artmasına səbəb isə, italyan markasının model xəttində peyda olmuş Lamborghini Urus krossoveridir. Bu ilin 6 ayı ərzində Lamborghini 2593 ədəd krossover satıb ki, bu da ümumi satışların 59 faizini təşkil edir.

Lamborghini Urus
Lamborghini Urus

Urus krossoveri italyan şirkətinin ABŞ bazarında möhkəmlənməsinə də yardım edib. Lamborghini Birləşmiş Ştatlarda 1543 avtomobil satıb ki, bu da 128 faizlik artım deməkdir.  Hazırda ABŞ bazarı italyan markasının ən iri və ən vacib bazarı sayılır. Birləşmiş Şatatları Çin, Böyük Britaniya, Yaponiya və Almaniya təqib edir.

Lamborghini şirkətinin rəhbəri Strefano Domenikali Urus modelinin yeni müştərilər cəlb etdiyini də bildirib. Müştərilərin 70 faizi üçün Urus modeli aldıqları ilk Lamborghini avtomobilidir. Onların hər birinin qarajında başqa premium markalardan olan 5-6 avtomobil vardır. Lamborghini şirkəti Urus modelinin illik satışlarını 4500 ədədə çatdırmağı planlaşdırır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...